Binəqədi rayonunda genişmiqyaslı iməclik keçirilib

0
3307
Binəqədi rayon ərazisində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə iməclik həyata keçirilmişdir.
Bineqedi.com-a verilən məlumata görə, keçirilən iməclik zamanı məişət tullantıları konteynerləri, istirahət parklarında və məhəllələrdə yerləşdirilmiş atraksionlar yuyulmuş, ərazi məişət tullantıları və polietilen torbalardan təmizlənərək abadlıq-təmizlik işləri aparılmış, ətraf mühitə təhlükə törədən ağacların qurumuş budaqlarının kəsilməsi, budanmış tullantıların ərazidən daşınması və həmin ərazilərin təmizlənməsi işləri görülmüş, eləcə də mağazalar qarşısında piyada gedişə-gəlişinə maneə yaradan satış üçün nəzərdə tutulmuş avadanlıqlar mağaza sahiblərinə xəbərdarlıq edilərək yığışdırılmışdır.
Abadlıq- təmizlik işləri zamanı parklar, məhəllələr arası istirahət sahələrində eləcə də magistral yolların kənarlarında təmizlik işləri aparılmışdır. Yol kənarında hərəkətə mane olan irigövdəli ağaclar budanır, dibləri yumşaldılır, həmçinin ərazidə olan bütün ağaclar suvarılnışdır. Binaların qarşısında olan istirahət guşələrindəki oturacaqlar təmir edilir, yollardakı çalalar hamarlanır, parklara gül kolları əkilmişdir. Bundan əlavə iməcilik zamanı ağacların dibi, yol kənarları quru otlardan təmizlənir, ağacların quru budaqları budanaraq gövdəsi ağardılmış, əkilmiş güllərə, ağaclara və yaşıllıqlara qulluq göstərilmişdir. Bununla yanaşı dezinfeksiya işləri aparılırdı.
Bineqedi.com
Əvvəlki məqaləQadınlara qarşı dələduzluqda şübhəli bilinən şəxslər tutuldular
Növbəti məqalədəBu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 106 ili tamam olur