Paris-2024 Yay Olimpiya Oyunlarında uğurlu çıxışla yeni rekord vuran Azərbaycan millisi Vətənə qayıdıb.
Bineqedi.com xəbər verir ki, idmançılar, o cümlədən, 5 Olimpiya mükafatçısı GİN və MOK rəhbərliyi, eləcə də nümayəndə heyətinin digər üzvləri Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyəti, ailə üzvləri və yaxınları tərəfindən alqışlarla qarşılanıb.
Millimiz Fransa paytaxtında 2 qızıl, 2 gümüş və 3 bürünc medala sahib çıxıb. Paris-2024-də cüdoçular Hidayət Heydərovla (73 kq) Zelim Kotsoyev (100 kq) qızıl, taekvondoçu Qaşım Maqomedovla (58 kq) boksçu Alfonso Dominqes (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) bürünc medal qazanıb. Komandamız bu göstərici ilə tarixdə ilk dəfə Olimpiadanı 30-cu pillədə başa vurub.
Qeyd edək ki, Olimpiya çempionlarımız daha öncə Vətənə qayıdıblar.