Binəqədidə şəhidin məzarı ziyarət olunub – Foto

0
3344
Şəhid Həsənov Nurlan Nadir oğlunun il dönümü ilə əlaqədar anım mərasimi keçirildi.
Bineqedi.com saytı xəbər verir ki, anım mərasimində şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov və digərləri iştirak edirdilər.
Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.
Bir 10 nəfər şəkili ola bilər
Bir 12 nəfər və abidə şəkili ola bilər
Əvvəlki məqaləMaaş və pensiya artırılacaq – RƏSMİ
Növbəti məqalədəBinəqədi və Abşeron rayonlarının bəzi ərazilərinin Sumqayıta verilməsinin hansı üstünlükləri var?