Binəqədidə Vətən müharibəsi şəhidi Tural Zeynalovun xatirəsi anılıb – Foto

0
3002
Şəhid Zeynalov Tural Ruslan oğlunun il dönümü ilə əlaqədar məzarı ziyarət olundu.
Bineqedi.com-a verilən məlumata görə, ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov və digərləri iştirak edirdilər.
Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.
Qeyd edək ki, Zeynalov Tural Ruslan oğlu 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1994-cü ildə V. Əvəzov adına 300 saylı tam orta məktəbdə ilk orta təhsilini almışdı. 2002-ci ildə 9 illik təhsilini bitirərək, həmin ildə C.Naxçıvanski adına hərbi liseyə daxil olmuş və 2006-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə və 2009-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə daxil olmuş və 2010-cu ildə leytenant rütbəsi alaraq təhsilini bitirmişdi. Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissədə bölük komandiri vəzifəsində fəaliyyətə başlamış və 2016-cı ildə Aprel döyüşlərində iştirak etmişdi.
Azərbaycan Ordusunun kapitanı olan Tural Zeynalov Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb, oktyabrın 11-də Füzuli döyüşləri zamanı şəhid olmuş və II Fəxri Xiyabanda dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən şəhid Tural Zeynalov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.
Bineqedi.com
Bir 9 nəfər şəkili ola bilər
Əvvəlki məqaləXeyrindən çox, zərəri olan “Nimesil” – Bu dərmanı nə vaxt istifadə etmək olmaz?
Növbəti məqalədəElxan Allahverdiyevin Xocəsən qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO