Elxan Allahverdiyevin Xocəsən qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO

0
3263
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyevin Xocəsən qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com saytı xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə nümayəndəliyinin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin 313 saylı məktəbin qarşısında yeni dayanacağın yerləşdirilməsi, Xocəsən ərazisində sahibsiz itlərin sayının artması ilə əlaqədar tədbir görülməsi, Xocəsən sağlamlıq mərkəzinin qarşısında yolun genişləndirilməsi və asfaltlanması, Xocəsən sağlamlıq mərkəzinin digər çıxışının qarşısında abadlaşdırma məqsədilə ağacların əkilməsi, Hürriyyət küçəsində açıq kanalizasiya qapağının yerləşdirilməsi, Bakı-Şamaxı yolunda qurumuş ağacların götürülməsi, Motodrom yaşayış massivində iməclik keçirilməsi, açıq kanalın texnika vasitəsilə təmizlənməsi, Xocəsən gölünün ətrafından iri qabaritli tullantıların təmizlənməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com
Bir 9 nəfər və mətn şəkili ola bilər
Bir 7 nəfər şəkili ola bilər
Bir 7 nəfər və toy şəkili ola bilər
Əvvəlki məqaləBinəqədidə Vətən müharibəsi şəhidi Tural Zeynalovun xatirəsi anılıb – Foto
Növbəti məqalədəBakıda zavodda baş verən hadisənin – Görüntüləri