Bakıda zavodda baş verən hadisənin – Görüntüləri

0
2995
bineqedi-tecili-yardim

Sosial şəbəkələrdə Bakıda zavodda baş vermiş bədbəxt hadisənin görüntüləri yayılıb.

Bineqedi.com qafqazinfo-ya istinadən xəbər verir ki, görüntülərin 2 gün əvvəl Biləcəri qəsəbəsində lentə alındığı və oradakı zavodda çalışan 20 yaşlı oğlanın aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi bildirilib.

Əldə etdiyimiz məlumata görə, hadisə sentyabrın 20-si Binəqədi rayonunda yerləşən metallurgiya müəssisəsində baş verib. Həmin vaxt orada çalışan Coşqun Şahbazlının başına metal cisim düşüb. O, xəstəxanaya çatdırılsa da, vəfat edib.

Hadisə ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisənin görüntülərini təqdim edirik:

Əvvəlki məqaləElxan Allahverdiyevin Xocəsən qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO
Növbəti məqalədəPaytaxtda iynədən şoka düşən qadın həkim səhvinə görə ölüb? – İDDİA