Binəqədidə “Dəmir yumruq” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib – Foto

0
2167
8 Noyabr- Zəfər Günü ərəfəsində Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Şuşa Dövlət Musiqili Dram Teatrının təşkilatçılığı ilə “Dəmir yumruq” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
Zəfər həftəsi çərçivəsində təqdim olunan ədəbi-bədii kompozisiya 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbənin dördüncü ildönümünə və şəhidlərimizin əziz xatirəsinə həsr olundu.
Bineqedi.com xəbər verir ki, kompozisiyanın nümayişində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, BRİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Qarabağ müharibəsi veteranı, Ədliyyə general-mayoru, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Binəqədi rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, BRİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları- Elnur Məmmədov, İlqar Pənahov və Leyla Quliyeva, qeyri-hökumət təşkilatlarının nümayəndələri və şagirdlər iştirak edirdilər.
Qeyd edək ki, “Dəmir Yumruq” ədəbi-bədii kompozisiyası müxtəlif səhnələrdən ibarət idi. Kompozisiyada teatrın aktyorlarının ifasında hərbi-vətənpərvərlik mövzularında olan müxtəlif şeirlər səsləndirildi və cəbhədə baş verən hadisələr canlandırıldı.
May be an image of 10 people and text
May be an image of 3 people
May be an image of 13 people
May be an illustration of 3 people and text
Bir 5 nəfər, platforma və xəbər otağı şəkili ola bilər
Əvvəlki məqaləAzərbaycan Prezidenti: “Əminəm ki, TDT-yə üzv ölkələr COP29-un işində fəal iştirak edəcəklər”
Növbəti məqalədəHərbi təlim toplanışları ilə bağlı yeni qayda