Binəqədidə qanvermə aksiyası keçiriləcək

0
2547
Hörmətli sakinlər!
04 dekabr 2024-cu il tarixində saat 10:00-dan 16:00-a dək Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzində, Binəqədi Rayon İcra Hakimiyyəti , Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzi və AR Səhiyyə Nazirliyi Milli Hemotologiya və Transfizuologiya Mərkəzinin təşkilatçılığı ilə “Talassemiyasız həyat naminə” – “Qan ver, həyat qurtar” şüarı altında qanvermə aksiyası keçiriləcək.
Bineqedi.com xəbər verir ki, aksiya zamanı yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.
Məlumat üçün qeyd edək ki, ölkəmizdə iki mindən artıq talassemiya və digər irsi qan xəstəliyindən əziyyət çəkən insan var. Hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin istənilən vaxtda əlçatan olması üçün qanvermə aksiyalarıda iştirak etməyiniz bu xəstəlikdən əziyyət çəkənlərə böyük dəstəkdir.
Əvvəlki məqaləPrezidentdən bu nazirliklə bağlı – Fərman
Növbəti məqalədəAzərbaycanda bu şəxslərin pensiyası artacaq