Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü” münasibətilə tədbir keçirilmişdir.
Bineqedi.com xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev, Hüquq şöbəsinin müdir vəzifəsini müvəqqəti icra edən Vüsalə Eyvazova, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, daxili xidmət polkovniki Nəsirov Rəşad Tağı oğlu, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini, daxili xidmət mayoru Hüseynov Firdovsi Əsaməddin oğlu, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika üzrə rəis müavini, daxili xidmət mayoru Sadıqov Malik Eyvaz oğlu, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 1-ci ərazi üzrə Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi, daxili xidmət kapitanı Mehtizadə Mehti Şərbət oğlu, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 1-ci ərazi üzrə Dövlət Yanğın Nəzarəti İdarəsinin rəis müavini, daxili xidmət mayoru Manafov Elşad Arzu oğlu, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 1-ci ərazi üzrə Dövlət Yanğın Nəzarəti İdarəsinin rəis müavini, daxili xidmət kapitanı Qonaqov Fərid Əlim oğlu iştirak etdilər.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev tədbir iştirakçılarını 16 dekabr- Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb. Hacıbaba Babayev bildirib ki, ölkəmizdə baş verə biləcək fövqəladə hadisələrin vaxtında aşkarlanması, qarşısının alınması və bununla bağlı əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilir.
Daha sonra Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, daxili xidmət polkovniki Nəsirov Rəşad Tağı oğlu, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini, daxili xidmət mayoru Hüseynov Firdovsi Əsaməddin oğlu, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika üzrə rəis müavini, daxili xidmət mayoru Sadıqov Malik Eyvaz oğlu, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 1-ci ərazi üzrə Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi, daxili xidmət kapitanı Mehtizadə Mehti Şərbət oğlu, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 1-ci ərazi üzrə Dövlət Yanğın Nəzarəti İdarəsinin rəis müavini, daxili xidmət mayoru Manafov Elşad Arzu oğlu, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 1-ci ərazi üzrə Dövlət Yanğın Nəzarəti İdarəsinin rəis müavini, daxili xidmət kapitanı Qonaqov Fərid Əlim oğlu Binəqədi Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif olundular.
Sonda xatirə fotosu çəkildi.
Bineqedi.com