Binəqədidə “Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsidir” adlı tədbir keçirilib – FOTO

0
2350
Binəqədi Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və 335 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsidir” adlı tədbir keçirildi.
Bineqedi.com xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Amal Məlikov və şöbənin əməkdaşı Rəşadət Hidayətov, 335 nömrəli tam orta məktəbin direktoru Aynurə Nəzərli və məktəbin müəllim və şagird heyəti iştirak etdilər.
Tədbir ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olundu.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Aynurə Nəzərli qonaqları salamlayaraq yeniyetmə-gəncləri milli-mənəvi dəyərlərimizə yad olan dini cərəyanlara qoşulmamağa çağırdı.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev rayon ərazisində dini radikalizmə və ekstremizmə qarşı mübarizənin vacibliyindən söhbət açdı və görülən maarifləndirici tədbirlərlə bağlı ümumi məlumat verdi.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Rəşadət Hidayətov dini radikalizm və ekstremizmin törətdiyi fəsadlar barədə məruzə ilə çıxış edərək, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasında dövlət-din münasibətlərinin tənzimlənməsinin əhəmiyyətindən söhbət açdı, gənclərimizi radikal təsirlərə və milli-mənəvi dəyərlərimizə yad olan dini ünsürlərə qoşulmamağa çağırdı.
Diskussiya şəklində davam edən tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırıldı.
Əvvəlki məqaləBinəqədidə FHN işçilərinin peşə bayramı qeyd edildi – Fotolar