Binəqədi Rayon İcra Hakimiyyəti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Binəqədi Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə 8-ci mikrorayonda yerləşən 135 nömrəli tam orta məktəbdə “Narkotiksiz gələcək naminə!” mövzusunda növbəti maarifləndirici tədbir keçirildi.
Bineqedi.com saytı xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Sevinc Süleymanova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi İlqar Pənahov, Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Tural Bayramov, 135 nömrəli tam orta məktəbin direktoru Şəfa Qurbanova, məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.
Tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Tədbiri giriş sözü ilə çıxış edən 135 nömrəli tam orta məktəbin direktoru Şəfa Qurbanova qonaqları salamlayaraq cəmiyyəti narahat edən narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbirin təşkilatçılığı üçün dövlət qurumlarına təşəkkürünü bildirdi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Sevinc Süleymanova çıxışında bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biri olan narkomaniyanın cəmiyyətin hər bir üzvünü narahat edən məsələlərdən biri olduğunu, şəxsiyyətin formalaşması üçün ilkin tərbiyənin, şüurunda həkk olunan öyüd-nəsihətin, ailə mühitinin və ailə tərbiyəsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq, əsrin bəlası olan narkomaniyaya qarşı mübarizədə hamının səfərbər olmalı olduğunu söylədi və bu məsələlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu, yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlərin keçirildiyini, görüşlərin mütəmadi davamı olduğunu qeyd etdi.
Növbəti çıxış edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev çıxış edərək, narkomaniyaya qarşı mübarizə üsullarından, narkotik asılılığa dair biliklərin və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə həmin maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, risk qrupuna aid yeniyetmələrlə məktəb psixoloqlarının fərdi qaydada izahat işlərinin aparılması, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verərək, iştirakçıları maraqlandıran sualları cavablandırdı. .
Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Tural Bayramov narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı rayon ərazisində aparılan mübarizəyə diqqət çəkərək bildirdi ki, rayon polisi narkotik vasitələrin alveri ilə məşğul olanların tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində müxtəlif əməliyyat tədbirləri həyata keçirir. Tural Bayramov bundan sonra da narkotiksiz cəmiyyət üçün mübarizəsini ardıcıl şəkildə davam etdirən polisin fəaliyyətinin ictimaiyyət, əsasən də, valideyn və təhsil müəssisələri tərəfindən aktiv formada dəstəklənməsinin zəruri olduğunu qeyd etdi.
Sonda məktəblilərə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün” metodik tövsiyələr adlı kitabça və zəruri təbliğat materialları təqdim edildi.
Tədbir şağirdləri maraqlandıran suallar təşkilatçılar tərəfindən ətraflı cavablandlrmaqla müzakirə formatında davam etdi.
Bineqedi.com