“BakuBus” Naxçıvana sərnişin daşıyacaq

0
2356

Bakı-Naxçıvan istiqamətində keçirilən müsabiqə nəticəsində “BakuBus” MMC qalib gəlib. 

Bineqedi.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, yanvarın 1-dən Bakıdan Naxçıvana reyslər “Neoplan” markalı müasir və komfortlu avtobuslarla həyata keçiriləcək. Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Naxçıvana səfərlər hər gün reallaşır. Reyslər sərnişin tələbatına uyğun olaraq tənzimlənir.

Biletlərin qiyməti 30 AZN təşkil edir və “biletim.az” portalı üzərindən onlayn qaydada, həmçinin avtovağzalların kassalarından  əldə olunur.

Bakı-Naxçıvan-Bakı reysi üzrə fəaliyyət göstərən avtobuslar İran ərazisindən keçməklə ümumilikdə 645 kilometr məsafə qət edir. 2024-cü ildə Bakı-Naxçıvan müntəzəm avtobus marşrutu ilə təxminən 61 500 sərnişin daşınıb.

Əvvəlki məqaləPrezidentin təyyarə qəzası ilə bağlı müsahibəsinin – Videosu
Növbəti məqalədəPrezident İlham Əliyev: “Ümid edirəm ki, Azərbaycana qarşı şər, böhtan siyasətinə son qoyulacaq”