19 oktyabr 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Binəqədi rayonu, A.Məmmədov 10 ünvanlı ərazi ilk partiya təşkilatında görüş keçirilib.
Bineqedi.info xəbər verir ki, iclası ərazi ilk partiya təşkilatının üzvü, Binəqədi rayon Enerji Təhcizatı və Satışı İdarəsinin rəisi Paşa Rzayev açaraq qonaqları və iclas iştirakçılarını salamlayıb.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov gündəlikdə duran məsələlər barədə məlumat verib.
Sonra çıxışını davam edərək 18 oktyabr Azəraycanın Dövlət Müstəqilliyi Günü münasibətilə iclas iştiraçılarını təbrik edib.
Son vaxtlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında ölkəmizdə aparılan sosial, iqtisadi, struktur və kadr islahatları nəticəsində əldə edilən uğurlardan ətraflı məlumat verib.
Bu uğurların əldə edilməsində və təbliğində Yeni Azərbaycan Partiyasının rolunu qeyd edib.
Ramiz Göyüşov eyni zamanda ölkəmizdə əldə edilən uğurları, nailiyyətləri gözü götürməyən antiazərbaycan qüvvələrin istər ölkə daxilində, istərsə də ölkə xaricində dövlətimizin əleyhinə çirkin təbliğat və qarayaxma kampaniyaları apardıqlarını qeyd edib. Bu vasitələrdən birinin də sosial şəbəkələr vasitəsilə aparıldığını vurğulayıb.
YAP rayon təşkilatının sədri belə kampaniyalara qarşı hər bir YAP üzvünün mübarizə aparmasının, onların ifşa olunaraq əsl niyyətlərinin cəmiyyətimizə təqdim olunmasında, ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal mövqe nümayiş etdirməsinin zəruri olduğunu qeyd edib.
Ramiz Göyüşov 20 oktyabr energetika işçilərinin peşə bayramı münasibətilə iclasda iştirak edən energetikləri təbrik edib.
Sonda bir qrup partiya üzvü 20 oktyabr Energetika İşçilərinin Peşə bayramı və rayonun ictimasi-siyasi həyatında fəal iştirakına görə fəxri fərmanla təltif ediliblər.
Bineqedi.info