20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar xalqımız Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etdi.
Bineqedi.com saytı xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Rayon İcra Hakimiyyəti başçının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının, Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin, bələdiyyələrin kollektivinin iştirak etdiyi anım tədbirində 20 Yanvar şəhidlərinin məzarları üzərinə gül dəstələri qoyuldu və xalqımızın azadlığı yolunda canlarından keçən 20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsi ehtiramla yad edildi.
Allah ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçən şəhidlərimizə rəhmət eləsin!