“BMW”dən külli miqdarda pul oğurlandı

0
3048
polis-bolmesi-dordundu-polis-bineqedi

Bakıda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb.

Bineqedi.com DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi rayonu ərazisində “BMW” markalı avtomobildən oğurluq olub.

Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin keçirdiyi tədbirlərlə nəqliyyat vasitəsindən 3800 manat, 14 485 avro pul, 950 manat dəyərində qızıl-zinət əşyası və sənədlər oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Bağırov saxlanılıb.

Onun “Mitsubishi” markalı avtomobildən içərisində bank kartları, sənədlər olan pul kisəsini oğurladığı da məlum olub.

Əvvəlki məqalə“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb – FOTO
Növbəti məqalədəQəfil vəfat edən hərbçimizin FOTOSU