Güzəştli pensiyaya çıxmaq hüququ olan ailələrə müavinət ödənilməlidir?

0
3186
pensiya-manat

“Hazırda beş uşağı olan valideynlər daha tez pensiyaya çıxmaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən, beş və daha çox uşağı olan qadınlar, kişilər beş il daha tez pensiyaya çıxırlar. Bu Qanuna görə, beş və daha çox uşağı olan ailələr çoxuşaqlı ailələr hesab olunurlar”.

Bineqedi.com xəbər verir ki, bu barədə iqtisadçı-deputat Vüqar Bayramov “Facebook” hesabında paylaşım edib.

O bildirib ki, “Sosial müavinətlər haqqında” Qanuna əsasən, beşdən çox uşağı olan ailələr üçün aylıq müavinət müəyyənləşir:

“Yəni, həmin ailələr hər uşağa görə ayda 105 manat müavinət alırlar. Uşağın 18 yaşı tamam olan ayın sonunadək ödəniş həyata keçirilir. Əgər ailənin bu müavinət ilə bağlı məlumatı olmayıbsa, o zaman müraciət etdiyi tarixdən əvvəlki üç il üçün hesablanmış müavinətləri də ala bilir. Sözügedən iki qanunverici aktlara diqqət yetirəndə sosial müavinətlər beşdən çox, pensiyada güzəşt isə beş uşağı olan ailələrə şamil olunur. Yəni, beş uşağı olan ailələr pensiyaya daha tez çıxa bilsələr də sosial müavinət almaq hüququndan yararlana bilmirlər. Bu baxımdan, “Sosial müavinətlər haqqında” Qanunda dəyişiklik edilməsi və müavinət almaq hüququnun beşdən çox deyil, beş və daha çox uşağı olan ailələrə şamil olunması məqsədəuyğun olardı”.

“Əhalinin sonuncu siyahıya alınmasına görə ölkədə 16 min 169 ailə çoxuşaqlı hesab olunurlar. Onlardan 1 524-ü doqquz və daha çoxuşaqlı, 1 748-i səkkiz uşaqlı, 3 565-I yeddi uşaqlı və 9 332-i altı uşaqlı ailələrdir. Azərbaycanda 23 min 150 ailədə övlad sayı beş nəfərdir. Eyni zamanda, dörd və daha çox uşaqlı ailələr 110.4 min, üç uşaqlı ailələr 256.3 min, iki uşaqlı ailələr 557.8 min, bir uşaqlı ailələr 423 mindir. Bu isə o deməkdir ki, “Sosial müavinətlər haqqında” Qanunun “Əmək pensiyaları haqqında” Qanunun sözügedən maddəsinə uyğunlaşdırılması 23 mindən çox ailənin aylıq müavinət almasına imkan yarada bilər”, – deyə deputat qeyd edib.

Azərbaycanda özəl pensiya fondlarının yaradılması istiqamətində işlərə başlanılıb. Azərbaycan Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində pensiya təminatı sisteminin təkmilləşdirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib.

Nəzərdə tutulan tədbir çərçivəsində əsas icraçı qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər icraçılar sırasında isə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank və Ədliyyə Nazirliyi qeyd edilib.

Bir müddət əvvəl bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən beynəlxalq təcrübələr, o cümlədən Rumıniya, Polşa, Fransa, Xorvatiya, Türkiyə və bir sıra digər ölkələrin təcrübəsi öyrənilmiş və bunun əsasında pensiya fondlarının fəaliyyətinə dair ilkin qanunvericilik layihələri hazırlanıb.

Özəl pensiya fondlarının yaradılmasında həyat sığortası şirkətlərinin rolu əhəmiyyətlidir. Bu şirkətlər beynəlxalq təcrübələrin öyrənilməsində və fondların idarə edilməsi üzrə təkliflərin hazırlanmasında yaxından iştirak edirlər.

Milli Məclisin deputatı Vüqar Bayramov açıqlamasında bildirib ki, əksər inkişaf etmiş ölkələrdə özəl pensiya fondları fəaliyyət göstərir: “Bu fondların fəaliyyəti pensiya yaşına çatmış şəxslərin sosial təminatının gücləndirilməsi üçün böyük rol oynayır”.

O deyib ki, özəl pensiya fondlarının yaradılması məsələsi uzun müddətdir müzakirə olunur.

“Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi məsələ ilə bağlı, 20-dən artıq qanunvericilik aktlarının uzlaşdırılması işlərinin getdiyini söyləyib. Yəni, bu istiqamətdə qanun bazaları yaradılır. Bu fondlar vətəndaşlara həm dövlət, həm özəl pensiya fondlarında yığım imkanı bəxş edir. Əsas üstünlük isə fond ilə əməkdaşlıq və ödəniş edən vətəndaşlara pensiya yaşı tamam olduqda, 2 mənbədən pensiya almalarına şərait yaradır. Bu da məbləğlərin artmasına gətirib çıxarır”.

Vüqar Bayramov qeyd edib ki, vətəndaş bu proseslərdən keçdikdən sonra əgər onun dövlət pensiyası 500 manatdırsa, özəldən 300 manat ala bilər: “Bu da ümumi pensiyanın 800 manat olduğunu göstərir. Konkret olaraq, qanun müəyyən olduqdan sonra, qaydalar haqqında məlumat veriləcək”

Əvvəlki məqaləMartın 9-da imtahan verəcək şagirdlərin nəzərinə!
Növbəti məqalədəErmənilərin təxribatı ilə törədilən Sumqayıt hadisələrindən 37 il ötür