Binəqədidə ana, ata və oğul qidadan zəhərləndi

0
2142

Bakıda bir ailənin 3 üzvü qidadan zəhərlənib.

Bineqedi.com xəbər verir ki, hadisə Binəqədi rayonu, 9-cu mikrorayon, Mircəlal küçəsində baş verib.

Orada yaşayan 1952-ci il təvəllüdlü A.Şükürovla həyat yoldaşı 1954-cü il təvəllüdlü R.Şükürova və oğulları Ramin Şükürov qidadan zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

***

Bakıda bədbəxt hadisə ölümlə nəticələnib.

Hadisə aprelin 3-də Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində qeydə alınıb.

Orada yaşayan 1958-ci il təvəllüdlü Ələddin Hüseynov ehtiyatsızlıqdan yıxılıb və başı səkiyə dəyib. O, hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqalə“​Həmin müddəti stajına sayıb pensiya hüququ yaradırıq”
Növbəti məqalədəVətən müharibəsi şəhidi İmran Əli oğlu Əliyevin anım mərasimi keçirilib – FOTO