“​Həmin müddəti stajına sayıb pensiya hüququ yaradırıq”

0
2140
vefat-etmis-sexsin-pensiya-muavinet

“Fərz edin ki, qadın 30 yaşında ailə qurub, birinci uşağı fiziki qüsurlu dünyaya gəldi və anadangəlmə birinci qrup əlil oldu. Amma bu xanım evlənən vaxt işləyirdi. Birinci qrup əlil uşağına baxmaq üçün o iş yerindən çıxmaq məcburiyyətində qalır. O qadın 65 yaşına çatanda onun evlənənə qədərki işlədiyi dövrü sığorta stajı, üstəgəl həmin o əlil uşağa baxdığı dövrü onun stajına sayırıq və pensiya hüququ yaradırıq”.

Bineqedi.com xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Elnur Abbasov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” Qanunun müzakirəsi zamanı bildirib.

“Amma şərt budur ki, o uşaq anadangəlmə və ya 18 yaşa qədər qazanılmış birinci qrup əlil olsun. Yaxud da ahıl şəxslərlə bağlı, gəlin 70 yaşlı qayınatasına baxmaq üçün iş yerini tərk etmək məcburiyyətində qalır. Onun da 70 yaşdan yuxarı ahıla baxdığı bütün illəri  sığorta stajına sayırıq. Bu, bu gün belədir, sabah da belə olacaq. Sadəcə biz Maliyyə Nazirliyi il onu razılaşmışıq ki, həmin uşaq və ya ahıla baxılması dövrlərini dövlət onu güzəşt edir deyə, bunu dövlət ödəyir”, – deyə Elnur Abbasov bildirib.

“Təqdim edilən dəyişiklik pensiyaların ödənilməsində maliyyə təminatının genişləndirilməsi və fiskal dayanıqlığın gücləndirilməsi baxımdan vacibdir”.

Bunu deputat Vüqar Bayramov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” Qanunun müzakirəsi zamanı bildirib.

O əlavə edib ki, bu, dövlət büdcəsi ilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) maliyyə öhədliklərinin dəqiqləşdirilməsinə xidmət edir: “Dəyişiklik dövlət büdcəsi hesabına güzəştli şərtlərlə pensiya alanların dairəsinin genişləndirilməsinə xidmət edəcək. Məhz bu səbəbdən dövlət büdcəsindən DSMF-yə transfertlərin məbləği 2025-ci ildə əvvəlki ilə nisbətən 208 milyon artırılaraq 1 milyard 600 milyon manata çatdırılır.

Güzəştli şərtlərlə pensiya yaşı müəyyənləşdirilən zaman kəmiyyət indikatorları ilə yanaşı, keyfiyyət meyarlarından da istifadə edilməsi məqsədəuyğun olardı. Bu gün müzakirə etdiyimiz “Əmək pensiyaları” haqqında Qanuna əsasən, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla, beş və daha çox uşağı olanlar 5 il daha tez pensiyaya çıxırlar. Müzakirə etdiyimiz dəyişikliklərlə onların pensiya təminatı dövlət büdcəsi hesabına həyata keçiriləcək. Bununla belə, 5 uşağı olanla 5-dən daha çox uşağı olanların pensiya güzəşti eynidir. Halbuki uşaqların sayına görə pensiya yaşının azaldılması daha məqsədəuyğun olardı.

Bu halda daha çox övladı olan valideynlər daha tez pensiyaya çıxa bilərlər. Bu kontekstdən pensiya yaşının müəyyənləşdirilməsində keyfiyyət meyarlarından istifadə sosial təminat baxımdan da arzuolunandır”, – deyə deputat bildirib.

Əvvəlki məqaləMetronun “Dərnəgül” elektrik deposunun inşasına dair son vəziyyət açıqlanıb
Növbəti məqalədəBinəqədidə ana, ata və oğul qidadan zəhərləndi