Binəqədidə DƏHŞƏTLİ İNTİHAR: Atasının silahı ilə özünü güllələdi

0
3060

Bakıda dəhşətli intihar hadisəsi olub.

Bineqedi.com Lent.az-a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib.

18 yaşlı Nihad Rəşad oğlu Məmmədli yaşadığı evdə odlu silahla başından atəş açaraq, özünü öldürüb.

Polis və prokurorluq əməkdaşlarının hadisə yerinə baxış keçirməsi zamanı evdən mərhumun atasına məxsus odlu silah aşkarlanaraq, götürülüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

***

“Xocəsən-Lökbatan yolundakı qəza bu gün səhər saat 6-da baş verib”.

Bu məlumat oxu.az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən verilib.

“Belə ki, küləyin güclü, hava şəraitinin yağıntılı və asfalt örtüyünün yaş olması səbəbindən 54-BB-606 dövlət nömrə nişanlı “KamAZ” markalı yük avtomobilinin sürücüsü Əliyev Damət Sərxoş oğlu idarəetməni itirib. Nəticədə avtomobil aşıb və yol bağlanıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Artıq nəqliyyat vasitəsi ərazidən götürülüb, yol açıqdır. Faktla bağlı araşdırma aparılır”, – deyə məlumatda bildirilib.

Əvvəlki məqaləÖlüm hallarının artmasının səbəbi: Antibiotik hansı halda ağır fəsadlar verir?
Növbəti məqalədəİstiliyin verilməsi bu gündən etibarən DAYANDIRILACAQ