“Bu gündən “Azəristiliktəchizat” ASC həm Bakıda, həm də regionlarda istilik təchizatını dayandıracaq”.
Bu açıqlamanı oxu.az-ın sorğusuna cavab olaraq “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı verib.
“Ölkə üzrə 9 dağlıq və dağətəyi rayonda (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik, Şamaxı) isə mövsüm may ayının 1-də yekunlaşacaq”, – deyə E.Basqallı vurğulayıb.
“Qeyd edim ki, respublika üzrə 557 qazanxana və 88 istilik məntəqəsi “Azəristiliktəchizat” ASC-nin balansında fəaliyyət göstərib. Mövsüm ərzində 3 871 yaşayış binası, 185 mindən çox mənzil, yüzlərlə məktəb, bağça və səhiyyə müəssisəsi, eləcə də 2 mindən artıq social və təsərrüfat obyekti istiliklə təmin olunub”, – deyə E.Basqallı bildirib.
***
“Soyuq hava şəraiti ilə əlaqədar olaraq “Azəristiliktəchizat” ASC-nin balansında olan qazanxanalar və istilik məntəqələri fəaliyyətini davam etdirəcək”.
Bu barədə qurumun mətbuat katibi Elvin Basqallı bildirib.
E.Basqallının sözlərinə görə, mövcud hava şəraiti nəzərə alınaraq istilik təminatı daha bir neçə gün davam etdiriləcək.
Qeyd edək ki, ölkə ərazisində payız-qış mövsümü noyabr ayının 15-dən başlayır və növbəti ilin aprel ayının 15-nə qədər davam edir. Qanunvericiliyə görə, bu gün istilik təminatı dayandırılmalı idi.