Prezident bu məscidin təmirinə pul ayırdı – SƏRƏNCAM

0
2177

Paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işləri həyata keçiriləcək.

Bineqedi.com AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev “Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, İmam məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 600 min manat vəsait ayrılıb.

prezidentden-bu-mescidle-bagli

Əvvəlki məqaləBinəqədi rayonunda tibbi-sosial aksiya təşkil olunub – FOTO
Növbəti məqalədəBinəqədidə abadlıq-quruculuq işləri aparılır – Foto