Baş prokuror: Qarşıdakı aylarda Binəqədi Rayon Prokurorluğunun yeni binasının açılışı olacaq

0
3000

Son aylar ərzində prokurorluğun dördüncü binasının açılış mərasimi keçirildi. Ötən ilin sentyabrında Nərimanov, ardınca bu il Pirallahı, Nəsimi rayon prokurorluqlarının yeni inzibati binaları, bu gün isə Bakı Şəhər Prokurorluğunun inzibati binasının yeni korpusu açıldı.

Bineqedi.com xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev Bakı Şəhər Prokurorluğunun yeni korpusunun açılışı və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçirilən tədbirdə bildirib.

“Onu da qeyd edim ki, qarşıdakı aylarda Binəqədi Rayon Prokurorluğunun yeni binasının açılışı olacaq”, – deyə Baş prokuror vurğulayıb.

Əvvəlki məqaləAzərbaycan-Vyetnam əlaqələri – ənənəvi tərəfdaşlığın inkişafı – ANALİZ
Növbəti məqalədəYaşı 30-dan yuxarı şəxslərə çağırış mesajı niyə gəlir? – VİDEO