Binəqədidə “Suverenliyimiz-Müstəqilliyimizin zirvəsi” adlı tədbir keçirilib – FOTO

0
2143
Binəqədi Rayon İcra Hakimiyyəti və H.Hüseynov adına 83 nömrəli məktəb-liseyin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş “Suverenliyimiz-Müstəqilliyimizin zirvəsi” adlı tədbir keçirildi.
Bineqedi.com saytı xəbər verir ki, tədbir torpaqlarımızın azadlığı, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra açıq elan edildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, 83 nömrəli məktəb-liseyin direktoru Almaz Bayramova, məktəbin pedaqoji heyəti, şagirdlər və valideynlər iştirak edirdi.
Tədbirin rəsmi hissəsində ilk olaraq 83 nömrəli məktəb-liseyin direktoru Almaz Bayramova çıxış edərək tədbirin əhəmiyyəti haqqında danışdı. O, qeyd etdi ki, Azərbaycan Respublikasının 1995-ci il tarixində qəbul olunmuş Konstitusiyası dövlətçiliyimizin hüquqi əsaslarını formalaşdırmaqla yanaşı, ölkəmizin suverenliyinin və müstəqilliyinin qorunmasında mühüm rol oynamışdır.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Sevinc Süleymanova 1995-ci ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunmuş Konstitusiyanın dövlət quruculuğunda və vətəndaş cəmiyyətinin formalaşmasında əsaslı dönüş nöqtəsi olduğunu bildirdi. Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolu oynadığını vurğulayaraq qeyd etdi ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlaqədar ölkəmizin tarixi nailiyyətlərini, Konstitusiyamızın qüdrətini və tam suverenliyimizin bərpasını vurğulayan əlamətdar hadisədir. Bu qərar müstəqil Azərbaycanın gücünü və inkişafını bir daha nümayiş etdirməklə yanaşı, xalqımızın birliyinin, həmrəyliyinin ifadəsidir.
Çıxış edən məktəb-liseyin tarix müəllimi Cəmilə Hacıyeva da Azərbaycan Respublikasının Konstitusiyasının əhəmiyyəti, dövlət suverenliyinin möhkəmləndirilməsində rolu, vətəndaş cəmiyyətinin qurulmasında əsas hüquqi baza kimi təsirindən danışdı.
Tədbirdə şagirdlərin hazırladığı bədii kompozisiyalar, şeir nümunələri, səhnəciklər və musiqili çıxışlar tamaşaçılar tərəfindən maraqla qarşılandı. Gənc nəslin vətənpərvər ruhda yetişməsinə xidmət edən bu tədbir iştirakçılar üçün yaddaqalan və mənalı bir günə çevrildi.
Sonda xatirə fotosu çəkildi.
Bineqedi.com
Bir 1 nəfər, platforma və bunu deyən yazı "2025 KONSTİTUSİYA KONST va SUVERENLİK İLi AZORBAYCAN RESPUELKASINI SIHIN KONSTIT KONSTITUSIYASI" şəkili ola bilər
Bir 3 nəfər və mətn şəkili ola bilər
Bir 6 nəfər, platforma və mətn şəkili ola bilər
Bir 9 nəfər, uşaq və bunu deyən yazı "SUVERENLİYİMİZ- MÜSTaQİLLİVİMİZİN zinvasi POLIS DIN ZARLAYCAN ม 2 ኢች. 中" şəkili ola bilər
Əvvəlki məqaləBinəqədidə “Bəşəriyyətin Zəfəri” adlı tədbir keçirilib – FOTO
Növbəti məqalədəBinəqədidə müşavirə keçirildi – FOTO