Binəqədi Rayon İcra Hakimiyyəti və “Binəqədi Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan Konstitusiyası və insan hüquqları” adlı tədbir həyata keçirildi.
Bineqedi.com xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev və şöbənin əməkdaşı Leyla Quliyeva, Hüquq və İnsan Haqları İnstitutunun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlı, təlimçi-ekspert Heydər Əliyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova və gənclər iştirak edirdilər.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova konstitusiyanın və insan hüquqlarının qorunmasının dövlət siyasətindəki rolunu qeyd edərək, gənclərin hüquqi biliklərinin artırılmasının vacibliyini və bu hüquqi maarifləndirilmənin gənclərin cəmiyyətə daha aktiv inteqrasiyasına kömək edəcəyini vurğuladı.
Sonra İnstitutun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin müdiri Vüsalə Muradxanlı və təlimçi-ekspert Heydər Həsən oğlu Əliyev iştirakçılara insan hüquqlarının müdafiəsi ilə bağlı son dövrlərdə ölkədə aparılan islahatlar və hüquqi bazanın inkişafı istiqamətində görülən işlər barədə təqdimat etdilər. Təqdimatda insan hüquqlarının müdafiəsi üzrə milli və beynəlxalq hüquq-müdafiə mexanizmləri, sosial, iqtisadi və mədəni hüquqlarla bağlı geniş məlumatlar verildi.
Tədbir interaktiv formada davam etdi.

