“Avtoşluq” etdiyi videosunu yaydı, 15 sutkalıq həbs olundu

0
2679
polis

Magistral yolda avtoxuliqanlıq edən şəxs saxlanılıb.

Bineqedi.com xəbər verir ki, Baş DYP İdarəsinin Yol Patrul Xidməti Alayının keçirdiyi tədbirlərlə “VAZ 2107” markalı avtomobilin sürücüsü Mahir Namiq oğlu Məmmədlinin Ələt-Astara magistral avtomobil yolunda ictimai qaydanı kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyinə dair sübutlar toplanıb.

Araşdırma zamanı məlum olub ki, M.Məmmədli nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edib və həmin təhlükəli hərəkətləri videoya çəkərək sosial şəbəkələrdə yayımlayıb. Onun törətdiyi hərəkətlər digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə yaradıb.

Toplanmış materiallar məhkəməyə təqdim olunub və məhkəmənin qərarı ilə Mahir Məmmədli 1 il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib, eyni zamanda 15 sutka inzibati qaydada həbs olunub.

Əvvəlki məqaləŞAD XƏBƏR – Müavinətlər yenidən artırılır
Növbəti məqalədəMiqrenin müalicəsi də icbari tibbi sığorta təminatına daxildir