Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Xocəsən qəsəbəsinin sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com saytı xəbər verir ki, görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Aprel Zəfəri küçəsində asfalt örtüyünün çəkilməsi, kanalizasiya xəttinin təmiri və küçə işıqlarının çəkilməsi, Elçin Əzizov küçəsində (Dəyirman yolu) kanalizasiya xəttinin yuyulması, Xocəsən qəsəbəsinin ərazisindən sahibsiz heyvanların toplanması, Yuxarı Sulutəpədə ərazisində suyun təzyiqinin artırılması və FHN-nin yanğınsöndürmə avtomobillərinin istifadəsi üçün hidrantların bərpası və suyun daimi verilməsinin təmin edilməsi, Seyidli küçəsində kanalizasiya xəttinin təmiri, şəhid və qazi ailələrinin yaşadığı Xocəsən y/m-nin ətrafında yeni parkın salınması və ərazidən sahibsiz heyvanların toplanması, 348 saylı uşaq bağçasında körpələr üçün yeni qrupun yaradılmasına köməkliyin göstərilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com






