Evdən pulu apardı, yerinə etibarsız əskinas qoydu

0
10994

Sumqayıtda 45 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bineqedi.com xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhəri ərazisində yerləşən evlərin birindən 45 min manat pul oğurlanıb və vəsaitin əvəzinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub.

Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 44 yaşlı C.Cabbarova müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Əvvəlki məqaləBu da Birgə Bəyannamənin – Tam mətni+Fotolar
Növbəti məqalədəBinəqədi rayonunda oğurluq edən şəxs saxlanılıb