Binəqədi rayonunda oğurluq edən şəxs saxlanılıb

0
10993
polis-bolmesi-dordundu-polis-bineqedi

Binəqədi rayonunda oğurluq hadisəsi qeydə alınıb.

Bineqedi.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, rayon ərazisində yerləşən evlərin birindən 4 min 800 dollar, 600 avro, 5 ədəd qol saatı və qızıl-zinət əşyaları naməlum şəxs tərəfindən oğurlanıb. Daha sonra həmin şəxs evdə yanğın törədərək hadisə yerindən qaçıb.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 43 yaşlı H. Hüseynov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.

Əvvəlki məqaləEvdən pulu apardı, yerinə etibarsız əskinas qoydu