Prezident təqaüdünün məbləği sentyabrın 1-dən ARTIRILDI

0
9089
pensiya-manat

Bu gündən Prezident təqaüdünün məbləği artırılıb.

Bineqedi.com xatırladır ki, bu barədə iyulun 24-də Prezident İlham Əliyev Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılması və “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmanla Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 2025-ci il sentyabrın 1-dən 350 (üç yüz əlli) manat müəyyən edilib.

Qeyd edək ki, öncə bu məbləğ 270 manat təşkil edirdi.

Əvvəlki məqalə“Mərkəzi Park”da 2 yaşlı uşaq kanalizasiya quyusuna düşdü – Foto
Növbəti məqalədəPrezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü olub – Video