Məhbusların da tibbi xərcləri İTS ilə qarşılanacaq – Qanun dəyişir

0
9133

Həbsdə olan şəxslərin tibbi xərcləri icbari tibbi sığorta hesabına qarşılanacaq.

Bineqedi.com xəbər verir ki, bu, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Tibbi sığorta haqqında” Qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkənlər istisna olmaqla) sığortaolunan hesab ediləcək.

Qanuna əlavə edilən yeni 15-2.4-cü maddəyə əsasən, həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tibbi xidmətlərin göstərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) zəruri tibbi avadanlıq və (və ya) müvafiq sahə üzrə işçilərinin olmaması səbəbindən mümkün olmadıqda, həmin şəxslərə icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərin göstərilməsi bu Qanunun 15-17.2.3-3-cü maddəsi nəzərə alınmaqla həyata keçiriləcək.

Xidmətlər zərfinin həbs edilmiş şəxslər, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər istisna olmaqla) münasibətdə tətbiqi şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

***

Yetkinlik yaşına çatmayanların hüquqları ilə bağlı qanunvericiliyə dəyişiklik edilir.

Bu, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsində öz əksini tapıb.

Qeyd edilib ki, sözügedən Qanuna əsasən, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların adı dəyişdirilərək uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar kimi müəyyən edilib.

Həmçinin komissiyaların səlahiyyətlərində müvafiq dəyişikliklər edilib, o cümlədən himayədar ailəyə verilmiş uşaqlar, habelə Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək – valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar istisna olmaqla, digər hallarda uşaqlar üzərində qəyyumluq və himayəçilik orqanının funksiyaları komissiyalara həvalə edilib.

Bununla əlaqədar sözügedən qanunlarda dəyişiklik edilməsinə zərurət yaranıb.

 

Əvvəlki məqaləÇağırışa gedən təcili yardım maşını palçığa batdı – Video
Növbəti məqalədəBaş nazirdən SƏRƏNCAM – Bakının bəzi əraziləri yenidən qurulacaq