Binəqədidə naməlum şəxs parkda yatan sahibsiz pişiyin DƏRİSİNİ SOYUB

0
9955
ayna-sultanova-park4

Bakının Binəqədi rayonunda naməlum şəxs parkda olan pişiyə işgəncə verərək onun dərisini soyub.

Bu barədə Oxu.Az-a məlumat daxil olub.

Qeyd olunub ki, 9-cu mikrorayonda, “Zeytunlar bağı” deyilən ərazidə naməlum şəxs sahibsiz pişiklərə hücum edib və yeni balalamış pişiyin dərisini soyub.

 

 

“Dünən saat 10-11 radələrində biz heyvanları yemləyib gedərkən həmin naməlum şəxs heyvanlara zərər verəcəyi ilə bizi hədələdi. Biz ondan polisə şikayət edəcəyimizi bildirdik. O isə bizə dedi ki, ərazidə kamera yoxdur, sübutunuz yoxdur. Polis mənə nə edəcək? Dünən gecə biz getdikdən sonra həmin adam gəlib balaları ilə yatmış pişiyi bıçaq və qayçı ilə zərbələr endirərək öldürüb və üçkünc formada pişiyin dərisini soyub”, – deyə heyvansevər bildirib.

Heyvanlara qarşı rəhmsiz rəftar edən şəxsin müəyyən olunaraq barəsində qanunvericiliyə uyğun tədbirin görülməsi ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Əvvəlki məqaləElxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO
Növbəti məqalədə“Yol vergisi” alınacaq – AÇIQLAMA