Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO

0
11036
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 9-cu mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com xəbər verir ki, görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmaylov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin A.Məmmədov küçəsi 137 və 143 saylı ünvanlarında qəzalı vəziyyətdə olan ağacın götürülməsi, A.Məmmədov küçəsi 137 saylı ünvanda qəzalı vəziyyətdə olan kanalizasiya lyukunun bərpası, M.Cəlal küçəsi 51 saylı ünvanda girişlərin dezinfeksiya olunması, M.Cəlal küçəsi 31 saylı ünvanda binanın arxa hissəsində aşma təhlükəsi olan ağacın götürülməsi, İ.Həşimov küçəsi 8 saylı ünvanda zirzəminin və girişlərin dezinfeksiya olunması, S.Məmmədova küçəsi 203B saylı ünvanda ağacların budanması, A.Məmmədov və H.Babaşov küçələrinin kəsişməsində 50 m məsafədə olan yola asfalt örtüyünün vurulması, H.Babaşov küçəsində sahibsiz heyvanların ərazidən toplanması və H.Babaşov küçəsi 9 saylı binanın qarşısında ağacların budanması, Ə.Əlixanov küçəsi 89 ünvanda navalçaların təmiri və quru ağacların budanması ilə bağlı köməkliyin göstərilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com
Bir 6 nəfər şəkili ola bilər
Bir 10 nəfər və mətn şəkili ola bilər
Bir 9 nəfər və platforma şəkili ola bilər
Bir 7 nəfər şəkili ola bilər
Əvvəlki məqaləBinəqədidə şəhidin məzarı ziyarət olunub – FOTO
Növbəti məqalədəBinəqədidə naməlum şəxs parkda yatan sahibsiz pişiyin DƏRİSİNİ SOYUB