Binəqədi Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsi və 3 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə 27 Sentyabr-Anım gününə həsr olunmuş “Xalqımızın İgidlik Salnaməsi” adlı tədbir keçirildi.
Bineqedi.com xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin müdir müavini Amal Məlikov və bölmənin əməkdaşı Rəşadət Hidayətov, Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin direktoru Almaz Həsrət və məktəbin müəllim və şagird heyəti iştirak etdilər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Almaz Həsrət qonaqları salamlayaraq, milli-mənəvi dəyərlərimizin qorunmasından, vətənpərvərlik hisslərinin yeniyetmə və gənclərə aşılanmasının vacibliyindən bəhs etdi.
Daha sonra çıxış edənlər Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov və DQİDK-nın Bakı regional bölməsinin əməkdaşı R.Hidayətov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Vətən müharibəsində qazandığı möhtəşəm zəfərdən bəhs etdilər. Eyni zamanda qüdrətli Azərbaycan Ordusunun şücaətindən danışılıb, qazanılan qələbədə ölkəmizdə tarixən mövcud olan milli və dini həmrəyliyin mühüm əhəmiyyəti vurğulandı.
Sonda tədbir iştirakçıları mövzu ətrafında öz fikirlərini bildiriblər.
Bineqedi.com


















