Binəqədidə Anım Günü qeyd olunub – Foto

0
9129
27 Sentyabr – Anım Gününün beşinci ildönümünün qeyd olunması ilə əlaqədar Binəqədi rayon ictimaiyyəti Zəfər parkının ərazisində Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə ucaldılmış 8 Noyabr- Zəfər abidəsini ziyarət etdilər.
Bineqedi.com xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının, Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin kollektivi, Rayon İcra Hakimiyyəti başçısının Sahə və Qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliklərinin rəhbərləri və Bələdiyyə sədrləri, məktəbəqədər, orta ümumtəhsil, səhiyyə müəssisələrinin, ictimai birliklərin rəhbərləri və gənclər anım mərasimində respublikanın ərazi bütövlüyünün qorunması, bərpası, suverenliyimiz uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsini böyük ehtiramla yad etdilər və abidə önünə gül dəstələri qoydular.
Bir 12 nəfər, kostyum və toy şəkili ola bilər
Bir 11 nəfər şəkili ola bilər
Bir 7 nəfər və kütlə şəkili ola bilər
Əvvəlki məqaləPinup Bonuslarının Bahis Katkısı Nedir?
Növbəti məqalədəAzərbaycanda Anım Günüdür!