Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – Foto

0
11039
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com xəbər verir ki, görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin İsfahani, Nizami və C.Cabbarlı küçələrində sahibsiz heyvanlarıntoplanması və C.Cabbarlı- Emin Bağırov küçəsindən 179 saylı məktəbə gedən yola məişət tullantı konteynerlərinin yerləşdirilməsi, III mədən, korpus 125 ünvanında asfalt örtüyünün çəkilməsi, G.Ramazanov küçəsində işıq dirəklərində lampaların dəyişdirilməsi, H.Zərdabi küçəsində kanalizasiya xəttinin tez-tez tutulması, İsayev İsmayıl küçəsində sahibsiz heyvanlarının yığışdırılması və kanalizasiya xətti çəkildikdən sonra sıradan çıxmış asfalt örtüyünün bərpa edilməsi, Bələdçi küçəsində su xəttinə su paylayıcı qoyulması, G.Ramazanov (Binəqədi Mərkəz) küçəsinə piyada xəttinin çəkilməsi, Ələsgər Cavadov küçəsində Yaşıl Məkan adlı yerdə kanalizasiya xəttinin tutulması ilə bağlı köməkliyin göstərilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com 
Bir kütlə şəkili ola bilər
Bir bir və ya daha çox şəxs, platforma və bunu deyən yazı "EXIT- EXIT-" şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və platforma şəkili ola bilər
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Bir bir və ya daha çox şəxs, platforma və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və kütlə şəkili ola bilər
Bir bir və ya daha çox şəxs, platforma və mətn şəkili ola bilər
Əvvəlki məqaləDaxili qoşunların tərkibi belə olacaq
Növbəti məqalədəAzərbaycanda YENİLİK – Əlilliyin alınması asanlaşır