“Azercell”in əməkdaşını iş başında “tok” vurdu – Vəziyyəti ağırdır

0
4594
azercel1

Lənkəran rayonunda “Azercell”in əməkdaşını iş zamanı elektrik cərəyanı vurub.

Bineqedi.com saytı İqtisadiyyat.az-a istinadla xəbər verir ki, hadisə rayonun Gərgiran kəndində qeydə alınıb.

Məlumata görə, mobil operator şirkətinin enerji mühəndisi vəzifəsində çalışan, Cəlilabad rayonunun Günəşli kənd sakini, 1986-cı il təvəllüdlü Rusif Nurəddin oğlu Əmənovu elektrik cərəyanı vurub.

O, ətrafdakı insanların köməkliyi ilə dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Vəziyyətinin ağır olması səbəbindən R.Əmənov reanimasiya şöbəsinə yerləşdirilib və onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqaləMostbet: emocion sin fin te espera
Növbəti məqalədəBetist Casino ile yatırımlarına anında bonus