Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Rəsulzadə qəsəbəsində səyyar qəbul keçirdi

0
4330
bineqedi-seyyar-qebul.png
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin M. Ə. Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi. Bineqedi.com saytına verilən məlumata görə, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Z.Qəmbərov küçəsində sakinlərin köçürüldüyü qəzalı binalara tullantıların atılması ilə bağlı, 22-ci Dağlıq küçəsi 16 saylı ünvanda aşma təhlükəsi olan ağacla bağlı müvafiq tədbir görülməsi və Binəqədi şosesində dayanacağın yerinin dəyişdirilməsi, Ağa Neymətulla küçəsində yerləşən Delfin baxçasında ağacların dezinfeksiya olunması, Baksol yolunda aşmış işıq dirəyinin naqillərinin təhlükə yaratması, Baksol yolunun digər hissəsinin alaq otlarından təmizlənməsi, Karvan küçəsi 2-ci keçiddə məişət konteynerlərin yerləşdirilməsi, İncəçay küçəsində sahibsiz heyvanların ərazidən yığışdırılması, H.Məmmədquluzadə küçəsi 17 saylı ünvanda şam ağacının yanaraq qəzalı vəziyyətə düşməsi ilə bağlı köməkliyin göstərilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com
Bir platforma və mətn şəkili ola bilərŞəkilin açıqlaması yoxdur.Bir bir və ya daha çox şəxs və kütlə şəkili ola bilərBir bir və ya daha çox şəxs şəkili ola bilərBir bir və ya daha çox şəxs şəkili ola bilərBir bir və ya daha çox şəxs şəkili ola bilərBir bir və ya daha çox şəxs və dərs oxuyan insanlar şəkili ola bilər
Əvvəlki məqaləPrezidentin yüksək vəzifə verdiyi general kimdir?
Növbəti məqalədəSosial ev almaq istəyənlərin 90 mindən çox pulunu ələ keçirdi – Foto