Sosial ev almaq istəyənlərin 90 mindən çox pulunu ələ keçirdi – Foto

0
9103
bineqedi-rayon-polis-idaresi

Bakıda sosial ev almaq istəyən vətəndaşları aldadan şəxs saxlanılıb.

Bineqedi.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda maddi vəsaitini ələ keçirməkdə şübhəli bilinən 36 yaşlı İlkin Akifoğlu saxlanılıb.

Onun ayrı-ayrı vətəndaşlara sosial evlərdə mənzil almaqda köməklik edəcəyi ilə bağlı yalan vədlər verərək dələduzluq etdiyi və zərərçəkənlərin ümumilikdə 90 min manatdan artıq pulunu mənimsədiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

sosial-ev-almaq-isteyenlerin-90-minden-cox-pulunu-ele-kecirdi

Əvvəlki məqaləBinəqədi Rayon İcra Hakimiyyətinin başçısı Rəsulzadə qəsəbəsində səyyar qəbul keçirdi
Növbəti məqalədəBakıda söküntü: Hansı ərazilər plana düşüb? – VİDEO