Binəqədinin igid oğlu – şəhid Əmirşah Əmirli

0
10993

Şəhid Əmirli Əmirşah Səttar oğlunun il dönümü ilə əlaqədar məzarı ziyarət olundu.

Bineqedi.com xəbər verir ki, ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, millət vəkili Səbinə Xasayeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Xocəsən Bələdiyyəsinin sədri Nigar Məmmədova və digərləri iştirak edirdilər.
Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.
Əmirli Əmirşah Səttar oğlu 8 mart 2002-ci ildə Bakı şəhərinin Binəqədi rayonunda anadan olub.
2008-ci ildə 306 saylı tam orta məktəbin 1-ci sinifə daxil olub, 7-ci sinifdən sonra təhsili dini kollecdə davam etdirib.
Əmirli Əmirşah 2020-ci ilin aprel ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətə yollanıb.
28 oktyabr 2020-ci ildə Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Əmirşah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.
Şəkilin açıqlaması yoxdur.
Şəkilin açıqlaması yoxdur.
Şəkilin açıqlaması yoxdur.
Bir mətn şəkili ola bilər
Əvvəlki məqaləGeneral Əlağa Şıxlinski adına 135 nömrəli məktəbin 55 illik yubileyi təntənə ilə qeyd olunub – FOTO
Növbəti məqalədəPrezident İlham Əliyev Cəbrayıldadır – Foto