Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Əhməd Qasımov küçəsində uzunluğu 50, eni 6 m olan yolun asfaltlanması, Y.Hüseynov küçəsi, döngə 3 bina 3A ünvanının qarşısında uzunluğu 60, eni 6 m olan yolun asfaltlanması, Teymur Yaqubov küçəsində içməli su axıntısının qarşısının alınması, M.P.Vidadi küçəsində içməli su axıntısının qarşısının alınması, Məmiş Abbasov küçəsi ilə 9-cu mikrorayon arasında yerləşən konteynerlərdən məişət tullantısının daşınmasında yaranmış problemin aradan qaldırılması, Yəhya Hüseynov küçəsində sahibsiz heyvanların ərazidən yığışdırılması ilə bağlı köməkliyin göstərilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bineqedi.com



























