“Yeni Azərbaycan Partiyası: Heydər Əliyev dühası və siyasi varislik” mövzusunda tədbir keçirilib – FOTO

0
11038
Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının və Partiyanın Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası: Heydər Əliyev dühası və siyasi varislik” mövzusunda tədbir keçirilib.
Bineqedi.com saytı xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası qarşısındakı abidəsi ziyarət edilərək önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolu, zəngin və çoxşaxəli irsi barədə danışıb. O, Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində şərəfli yol keçərək ümumxalq partiyasına çevrildiyini deyib. V.İsmayılov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqillik yolunda inamla irəliləyir, Azərbaycanın hərtərəfli inkişafına mühüm töhfələr verir.
Çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, Ümummilli Lider Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti dövlətçilik məktəbidir və Ulu Öndər yolunun alternativi yoxdur. Millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində daim təməl prinsip kimi qəbul edən Ümummilli Lider müstəqil Azərbaycanın qurucusudur.
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri Ulu Öndərin rəhbərliyi ilə 1992-ci ilin noyabr ayının 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının müasir dövlətçilik tariximizdə əlamətdar hadisə olduğunu, regionun aparıcı siyasi qüvvəsinə çevrildiyini deyib. O vurğulayıb ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir: “Dövlət başçımız xalqımıza tarixi Zəfər bəxş etmiş Müzəffər Liderdir. Bu gün bütün Azərbaycan xalqı, o cümlədən partiya sıralarında birləşən hər bir üzv qürurludur”.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxışında müasir Azərbaycan tarixinin böyük bir dövrünün dahi şəxsiyyət, müdrik siyasətçi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu, Ümummilli Liderin ölkəmizə rəhbərliyi dönəmində Azərbaycanın bütün sahələrdə misilsiz inkişaf yolu keçdiyini, Umummilli lider Heydər Əliyev siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın regionda lider dövlətə çevrildiyini, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin edildiyini vurğulayıb.
Tədbirdə, həmçinin Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, “91-lər”dən, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Tahir Məmmədov və Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Tahir Quliyev çıxış edərək Heydər Əliyevin çoxəsrlik Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və Yeni Azərbaycan Partiyasının formalaşmasında əvəzsiz xidmətləri barədə danışıblar.
Vurğulanıb ki, Heydər Əliyev dühası ölkəmizin sabitlik, inkişaf və müasirlik yolunu müəyyən edən əsas strateji xətt kimi bu gün də aktuallığını qorumaqdadır. Ümummilli Lider Heydər Əliyevin ölkəmizin tərəqqisi naminə həyata keçirdiyi mühüm islahatlar və irimiqyaslı layihələr Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun olaraq uğurla davam və inkişaf etdirilir.
Daha sonra partiya sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri təqdim olunub.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Sonda bədii hissə təqdim olunub.
Bir abidə şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və abidə şəkili ola bilər
Bir kostyum şəkili ola bilər
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Bir platforma və bunu deyən yazı "YENIAZARBAYCANPARTİYASI YENİ AZARBAYCAN PARTİYASI: HEYDAR aLİYEV DÜHASI แอ SİYASI VARİSLİK 20 NOVABR 20NOYABR2025 2025 ትት Marr TATAYATATAY NữA Netenesga Pn" şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və bunu deyən yazı "HEYDaR C" şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Əvvəlki məqaləBinəqədidə dörd işçinin faciəli şəkildə öldüyü hotelin icarədarı HƏBS OLUNDU
Növbəti məqalədəGələn ildən bəzi əməliyyatlar və dərmanlar pulsuz olacaq