Binəqədidə oğurluq edib qaçarkən kameraya düşdülər – Video

0
9103
bineqedi-rayon-polis-idaresi-43-polis-bolmesi-qirxucuncu1

Binəqədi rayonu ərazisində yerləşən iki evdən oyun aparatı, təmir aləti və məişət əşyaları oğurlanıb.

Bineqedi.com xəbər verir ki, bu barədə polisə müraciət edən zərərçəkənlərə ümumilikdə 5015 manat maddi ziyan dəydiyi məlum olub.

Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Faiq Quliyev və 30 yaşlı Fuad Abdulov saxlanılıblar.

Aparılan araşdırmalarla F.Abdulovun bir nəfərə məxsus bağ evindən 1850 manat dəyərində məişət əşyaları oğurladığı da müəyyənləşib.

Saxlanılan şəxslərin evlərə daxil olmaları, oğurluq etdikləri anlar və “BYD” markalı avtomobillə hadisə yerindən uzaqlaşmaları təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb. Hətta saxlanılan şəxslər hadisə günü oğurluq etdikləri mənzildən qayıdan zaman yol hərəkəti qaydalarını pozduqlarına görə də xüsusi texniki vasitələrin köməkliyi ilə cərimələniblər.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

***

Bakıda evdən 27 yaşlı oğlanın meyiti tapılıb.

Hadisə dekabrın 11-i saat 21 radələrində Binəqədi rayonunda baş verib.

Masallı rayon sakini 1998-ci il təvəllüdlü Mirəli Cəmil oğlu Gözəlovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kirayədə yaşadığı M. Ə. Rəsulzadə qəsəbəsindəki evdə aşkar edilib.

Hadisələrlə bağlı prokurorluq tərəfindən araşdırma aparılır.

 

Əvvəlki məqaləPrezident İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib – Video – Foto
Növbəti məqalədəElxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO