Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Məscidində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə ehsan süfrəsi təşkil olundu.
Bineqedi.com xəbər verir ki, mərasimdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri – Kəmaləddin Qafarov, Azay Quliyev, Səbinə Xasayeva, Məlahət İbrahimqızı, Rasim Musabəyov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, şəhid ailələri və qazilər, Rayon İcra Hakimiyyəti başçısı yanında sahə və qəsəbə inzibati ərazi dairələrinin nümayəndəliklərinin, Mənzil-Kommunal Təsərrüfat Birliyinin, bələdiyyələrin, idarə və təşkilatların, məktəbəqədər, orta ümumtəhsil, səhiyyə müəssisələrinin rəhbərləri, İctima birliklərin üzvləri, rayon ictimaiyyəti iştirak etdilər.
Mərasimdə Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda şəhid olan oğullarımızın əziz xatirəsi dərin ehtiramla yad edildi, ruhlarına dualar oxundu.























