Böyükşor gölünə tullantı suları axıdılır? – Analizlərin nəticələri açıqlandı

0
9878
xocasen-bineqedi-xocesen-golu

Böyükşor gölü ərazisində mərkəzləşdirilmiş kanalizasiya sistemi olmadığından, tullantı sularının bir qisminin sözügedən gölə axıdılması iddiası ilə bağlı analizlərin nəticələri açıqlanıb.

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Böyükşor gölündən fevralın 2-də Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin tabeliyində Mərkəzi laboratoriya tərəfindən götürülmüş su nümunələrinin analiz nəticələrinə əsasən, göldə yeni fekal çirklənmə, yəni kanalizasiya sularının axıdılması faktı təsdiqlənmir.

Məlumatda qeyd olunub ki, göl suyunda ammonium ionunun qatılığının aşağı olması yeni fekal çirklənmənin olmadığına dəlalət edir:

“Göl suyunun mühit reaksiyasının qələvi olması və səthi aktiv maddələrin aşkarlanması suda daha çox yuyucu vasitələrin (detergentlər) mövcudluğunu göstərir.

 

Məlumat üçün bildiririk ki, Dərnəgül-Bakıxanov-Qaraçuxur-Hövsan xətti üzrə inşasına başlanılmış 10.4 km-lik kollektorun, həmçinin Biləcəri, Binəqədi, M.Ə. Rəsulzadə, Mehdiabad və Digah xətti üzrə 16 km-lik gətirici kollektorun və məhsuldarlığı 40 000 m³/gün olan qurğunun tikintisi, habelə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və Abşeron yarımadasında sutəchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2030-cu illər üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi təmin ediləcək. Nəticədə ətraf ərazilərdə formalaşan tullantı suları idarə olunacaq və Böyükşor gölünün ekoloji vəziyyəti yaxşılaşacaq”.

Əvvəlki məqaləPrezident “Sülh Qalxanı – 2026” təlimini izlədi – Foto
Növbəti məqalədəUşaqlara antibiotik yalnız bu hallarda verilə bilər