11840 manatlıq optik naqil oğurladı, kameraya düşdü – Video

0
9088
bineqedi-polis-bolmesi

Binəqədi rayonunda talama cinayəti qeydə alınıb.

Bineqedi.com xəbər verir ki, rayonun 28 May qəsəbəsində fəaliyyət göstərən şirkətlərin birindən ümumi dəyəri 11840 manat olan optik naqil oğurlanıb.

Binəqədi RPİ-nin 40-cı Polis Şöbəsinin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı Səməd İsmayılov  müəyyən edilərək saxlanılıb. Onun törətdiyi qanunsuz əməl ərazidəki təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

 

Əvvəlki məqaləQayda pozmaq üçün qeyri-adi üsula əl atdı – Video
Növbəti məqalədəSəhiyyə Nazirliyinin həssas əhali qrupları üçün səyyar xidməti çərçivəsində 8 mindən çox vətəndaş müayinə olunub