“İdrak” liseyində şagird müəllimi güllələdi – Direktordan açıqlama

0
11024

Bakıdakı İdrak liseyində silahlı insident baş verib.

Bineqedi.com Unikal-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisindəki təhsil müəssisəsində qeydə alınıb.

Bildirilib ki, 10-cu sinif şagirdi müəllimə silahdan atəş açıb.

Dərhal xəstəxanaya çatdırılan müəllimin vəziyyətinin ağır olduğu bildirilir.

Liseyin rəhbəri Mönsüm Alışov hadisənin ehtiyatsızlıqdan baş verdiyini deyib.

“Şagird ov tüfəngini liseyə məktəb çantasında gətirib. Hadisə ehtiyatsızlıqdan baş verib”, – deyə o əlavə edib.

***

 Bu gün paytaxtın Binəqədi rayonunda yerləşən “İdrak” liseyində 10-cu sinif şagirdi müəllimini güllələyib.

DİN-in Mətbuat xidmətindən qafqazinfo-ya bildirilib ki, hadisə bu gün saat 09 radələrində baş verib.

Qeyd edilib ki, Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş. insident törədib. O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada işləyən qadın müəllim Ş.K.-ya xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən Ə.Ş. saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı araşdırma aparılır.

***

Bakıda, “İdrak” liseyində şagirdi tərəfindən güllələnən riyaziyyat müəlliməsi Şəhla Kamilovadır.

Oxu.Az-ın əldə etdiyi məlumatına görə, hadisə tənəffüs vaxtı baş verib.

Baş Prokurorluq da Bakıda liseydə şagirdin müəlliməni güllələməsi ilə bağlı məlumat yayıb.

Bildirilir ki, fevralın 6-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən məktəblərdən birində şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi Rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şagird prokurorluq tərəfində tutulub.

Hazırda prokurorluq əməkdaşları hadisə yerinin baxışının keçirir, eləcə də hadisənin başvermə şəraiti və səbəblərinin dəqiqləşdirilməsi istiqamətində zəruri prosessual hərəkətləri icra edir.

Xəsarət alan şəxsə vaxtında ilkin tibbi yardım göstərilməsi təmin edilib və xəstəxanaya yerləşdirilərək müvafiq tibb müəssisəsi tərəfindən müalicəsi aparılır.

Əvvəlki məqaləSəhiyyə Nazirliyinin həssas əhali qrupları üçün səyyar xidməti çərçivəsində 8 mindən çox vətəndaş müayinə olunub
Növbəti məqalədəProkurorluq liseydəki güllələnmə ilə bağlı məlumat yaydı