Narkotik çəkib maşın sürürdü – Həbs edildi

0
9102

Hüquqsuz avtomobil idarə edən şəxsin narkotik aludəçisi olduğu üzə çıxıb.

Bineqedi.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir.

Bildirilib ki, Xırdalan-Binəqədi yolunda hərəkətdə olan “BMW” markalı avtomobilin sürücüsü manevr qaydalarını pozduğu üçün Baş DYP İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb.

“Sənədlərin yoxlanılması zamanı avtomobili idarə edən Elşən Məmmədovun sürücülük hüququnun olmaması aşkarlanıb. Bununla yanaşı, hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub. Müayinə zamanı narkotik vasitə qəbul etməsi  təsdiq olunan E.Məmmədov məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir”, – qurumdan qeyd edilib.

 

Əvvəlki məqaləBaş nazirdən benzinlə bağlı Qərar – 30 gün sonra qüvvəyə minir
Növbəti məqalədəLeyla Əliyeva və Alyona Əliyeva Gəncədə uşaq evində olublar