Pensiyalar artımlarla fevralın 13-də veriləcək – RƏSMİ

0
9089

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu fevralın 13-də fevral ayının pensiyalarının ödənişinə başlayacaq.

Bineqedi.com xəbər verir ki, cari ilin əvvəlindən indeksləşdirilməklə 9,3 faiz artırılmış pensiyalar bu artımlarla birgə və yanvar ayının artımı da əlavə olunmaqla veriləcək.

Qrafikə uyğun olaraq həmin gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödəniləcək.

Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının ödənişi də bu ay qrafik üzrə həyata keçiriləcək.

Əvvəlki məqaləPrezident Dövlət Statistika Komitəsinə sədr təyin etdi
Növbəti məqalədəBakı və Vaşinqton arasında yeni dövr – Strateji Tərəfdaşlıq Xartiyası – ŞƏRH