Binəqədi-Novxanı yolunda keçid piyadalar üçün təhlükə yaradır – VİDEO

0
9088
bineqedi-piyada-qeza-yol

Binəqədi-Novxanı avtomobil yolunun üzərindəki piyada keçidindən istifadə etmək vətəndaşlar üçün ciddi həyati təhlükə mənbəyinə çevrilib.

Bunun səbəbi sözügedən ərazidə işıqforun mövcud olmaması ilə əlaqələndirilir.

 

 

“Binəqədi gənclər şəhərciyi” yaşayış massivinin sakinləri qeyd edirlər ki, mövcud problemin aradan qaldırılması, təhlükəsizliyin təmin olunması üçün ərazidə mütləq nizamlayıcı işıqfor quraşdırılmalı və avtobus dayanacağı yaradılmalıdır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Azərbaycan Televiziyasına (AzTV) bildirib ki, problemin həlli üçün sakinlər tərəfindən rəsmi qaydada müraciət olunmalıdır. Yalnız bundan sonra mütəxəssislər tərəfindən əraziyə baxış keçirilərək müvafiq addımlar atıla bilər.

Əvvəlki məqaləBeş nəfərə 200 mindən çox pul “atan” müəllimə – Bu cəza verildi – FOTO
Növbəti məqalədəSürücülərin DİQQƏTİNƏ: Bakının əsas yollarından biri bu gecədən BAĞLANIR