Elxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO

0
9089
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin M.Cəlal küçəsi 43 saylı ünvanda (ABAD həyət) ağacın budanması, M.Cəlal küçəsi 53 saylı ünvanda zirzəminin dezinfeksiya olunması, M.Kazımovski küçəsi 16a saylı ünvanda ağacın budanması, İ.Həşimov küçəsi 6 və Ü. Hacıbəyov küçəsi 6 saylı ünvanlarda Azəristilik tərəfindən aparılan qazıntı işlərindən sonra sıradan çıxmış asfalt örtüyünün bərpa edilməsi, H.Babaşov küçəsi 9 saylı binada liftlərin yenisi ilə əvəz olunması, A. Məmmədov küçəsi 115 saylı ünvanda binanın 6-cı girişində məhəccərin quraşdırılması, A.Məmmədov küçəsi 119 saylı ünvanda yerləşən parkda ADSEA tərəfindən aparılan qazıntı işlərindən sonra sıradan çıxmış asfalt örtüyünün bərpa edilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bir bir və ya daha çox şəxs, dərs oxuyan insanlar və kostyum şəkili ola bilər
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və dərs oxuyan insanlar şəkili ola bilər
Bir bir və ya daha çox şəxs, dərs oxuyan insanlar, klarnet və kütlə şəkili ola bilər
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Əvvəlki məqaləBinəqədinin igid oğlu – şəhid Əmirşah Əmirli
Növbəti məqalədəBakı və regionları əhatə edən proqram – Azərbaycanda ilk dəfə